Ananın saç teli 3 aylıq körpəsinə faciə yaşadacaqdı - VİDEO

08:30 | 11.12.2014
Ananın saç teli 3 aylıq körpəsinə faciə yaşadacaqdı - VİDEO

Ananın saç teli 3 aylıq körpəsinə faciə yaşadacaqdı - VİDEO

ANN.Az xəbər verir ki, ailə 3 aylıq körpənin ayaq barmağına ananın saç telinin dolaşması səbəbilə faciə yaşaya bilərdi.
 
Türkiyənin Sivas bölgəsində yaşayan Varol ailəsinin ilk övladı olan Hifa Hazalın ayağının 4-cü barmağının şişməsini ana nənəsi Nailə Yılmaz fərq edib. O, uşağın corabını çıxaran zaman barmağın göyərdiyini görüb və təcili xəstəxanaya çatdırıb.

Həkimlərin səyi nəticəsində balaca Hifa Hazalın barmağının kəsilməsinin qarşısı alınıb. Mütəxəssislər qeyd ediblər ki, əgər bir qədər də gec fərq edilərdisə, onda barmaq qanqrena edə bilər və bunun fəsadı daha böyük ola bilərdi.

Bu hadisə bir daha göstərir ki, nalar öz körpə uşaqlarına qarşı ehtiyatlı davranmalı, onlara qarşı həssas olmalıdırlar.
 
ANN.Az
 
 

Annesinin Saçı Az Kalsın 3 Aylık Bebeği... haberler
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti