Anar Cəbrayıllıdan yayılan səs yazısı ilə bağlı AÇIQLAMA - VİDEO

10:45 | 25.01.2021
Anar Cəbrayıllıdan yayılan səs yazısı ilə bağlı AÇIQLAMA - VİDEO

Anar Cəbrayıllıdan yayılan səs yazısı ilə bağlı AÇIQLAMA - VİDEO

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllının jurnalisti təhqir etməsini əks etdirən səs yazısı yayılıb.

Anews.az xəbər verir ki, A. Cəbrayıllı sözügedən səs yazısı ilə bağlı açıqlama verib. O bununla bağlı "facebook”da yazıb və bildirib ki, bu dialoq 3 ay bundan əvvəl baş verib:

"Bu danışıq 3 ay əvvəl reket jurnalist Rafaellə mənim aramda olub. Reket jurnalist 4-5 ay əvvəl mədəsinin, bağırsağının endoskopiya və kolonoskopiya şəkillərini çəkib atıb rəhbərliyə, yardım istəyib. Dəfələrlə rəhbərliyə və mənə zəng edib, "votsap”da yazıb. Sözün əsl mənasında bezdirib. İstəyi alınmayanda qərəzə keçib, istirahət günü rəhbərliyə zəng edib. Sonra zəng edib, mənimlə uzun-uzadı danışıb və məni hövsələdən çıxarıb. Sonra məni şantaj etməyə başladı ki, səs yazısını yayacağam, gəl görüşək, mən isə birmənalı onu rədd etdim. 3 aydan sonra səs yazısını yaydı. "Azərbaycan” nəşriyyatında hamının yaxşı tanıdığı Rafaelin həyat yolu belədir, şantaj etmək, yolçuluq və dilənçilik etmək. Onun da məndə səs yazıları var (özü göndərib), yalvarışlı mesajları var. Amma mənim  onları və onun haqqında bildiklərimi yaymaq fikrim yoxdur”.

Qeyd edək ki, yayılan səs yazısında su axıntısı ilə bağlı mətbuat katibinə zəng edən jurnalist gözlənilmədən ağır təhqirə məruz qalıb. "Azərsu”nun mətbuat katibi, jurnalistin qurumun rəhbəri Qorxmaz Hüseynova da zəng etdiyini eşitdikdən sonra onu nalayiq ifadələrlə təhqir edib.

Həmin səs yazısını təqdim edirik:

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb