• $
  • €
  • ₽
  • ₺
  • £

Anar Ələkbərov Klaudio Qucerotti ilə görüşüb

Anar Ələkbərov Klaudio Qucerotti ilə görüşüb
04.11.2024 20:36

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Müqəddəs Taxt-Tacın Şərq kilsələri üzrə dikasteriyasının prefekti kardinal Klaudio Qucerotti ilə görüşüb.

Görüşdə Azərbaycan və Vatikan arasında mövcud əlaqələr, Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində layihələr müzakirə olunub.

Klaudio Qucerotti Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələri yüksək qiymətləndirib və daimi dəstəyə görə Fondun prezidenti Mehriban Əliyevaya Roma Papası Fransiskin xüsusi minnətdarlığını çatdırıb.

Heydər Əliyev Fondunun Vatikanda katakombların bərpası, Vatikan muzeyi və Apostol kitabxanası ilə sıx əməkdaşlığı, arxiv əlyazmalarının rəqəmsallaşdırılması, Vatikan arxeoloqlarının Azərbaycana tarixi və dini abidələrin bərpası məqsədilə tanışlıq səfəri və təcrübə mübadiləsi xüsusi qeyd olunub və gələcəkdə yeni layihələrin icrasının vacibliyi vurğulanıb.

Kardinal Qucerotti bu tədbirləri yüksək qiymətləndirərək Azərbaycan hökuməti və Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda yeni katolik kilsəsinin tikintisinin Azərbaycanın multikultural siyasətinin bariz nümunəsi olduğunu bildirib.

Qonaq dünyada dini zəmində baş verən münaqişələrin genişlənməsi fonunda Azərbaycan hökumətinin həyata keçirdiyi multikulturalizm siyasəti, ölkədə müxtəlif dinlərin sülh şəraitində yaşaması, dini etiqad azadlığının sülhə ən böyük töhfə olduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti Mehriban Əliyevanın Vatikanla münasibətlərə hər zaman xüsusi önəm verdiyini deyib və əməkdaşlığın inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. Vatikan şəhəri dövləti üzrə qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında həyata keçiriləcək bərpa işləri ilə bağlı imzalanmış əməkdaşlıq müqaviləsi tərəflər arasındakı sıx əməkdaşlığın göstəricisi kimi qeyd olunub.

Müqəddəs Taxt-Tacın nümayəndəsi Heydər Əliyev Fondu ilə gələcək layihələr sırasında Vatikanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi, sərgi və konsert proqramının təşkil olunması və müxtəlif sahələrdə mütəxəssislər arasında qarşılıqlı mübadilənin təşkil olunması təklifini də irəli sürüb.

Klaudio Qucerottiyə 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri barədə də məlumat verilib. Qonaq COP29 ərəfəsində "Dünya dinləri yaşıl planet naminə” şüarı altında keçiriləcək Dini Liderlərin Qlobal Sammitinin dinlərarası münasibətlərin müsbət inkişafına və beynəlxalq konfransın uğuruna töhfə verəcəyinə əminliyini bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:30
Sabah bu ərazilərdə işıq olmayacaq
Biləsuvarda 17 yaşlı qızın meyiti tapılıb
Cəmiyyət 21:01
Biləsuvarda 17 yaşlı qızın meyiti tapılıb
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
Cəmiyyət 20:50
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Cəmiyyət 20:25
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 19:40
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 18:29
Bu ərazilərdə qaz olmayacaq

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib
Cəmiyyət 17:48
553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bu yol təmirə bağlanır - Sürücülərin nəzərinə!
Cəmiyyət 17:21
Bu yol təmirə bağlanır - Sürücülərin nəzərinə!
Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - sərəncam
Cəmiyyət 17:16
Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol