Anar Kərimov şəhid ailələri ilə görüşüb

18:30 | 22.10.2021
Anar Kərimov şəhid ailələri ilə görüşüb

Anar Kərimov şəhid ailələri ilə görüşüb

Oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində nazir Anar Kərimovun şəhid mədəniyyət işçilərinin ailə üzvləri ilə görüşü baş tutub.

Tədbiri ön sözlə açıq elan edən Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə qonaqları salamladıqdan sonra şəhid mədəniyyət işçilərinə həsr olunmuş "Səhnədən səngərə” layihəsinin əhəmiyyətindən bəhs edib. Həmçinin, 44 günlük vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış mədəniyyət işçilərinin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Tədbir iştirakçılarını salamlayan Anar Kərimov şəhid ailələri və qazilərin daim diqqət mərkəzində olduqlarını, nazirlik tərəfindən bu səpkidə mühüm layihələrin həyata keçirildiyini bildirib.

Nazir şəhid valideynlərinə müraciət edərək:”Bu görüş bizim üçün həm də ona görə dəyərlidir ki, siz bizə şəhidlərimizin əmanətisiniz. Ən ali, müqəddəs duyğuları onlara məhz siz aşılamısınız, qəlblərinə mərdlik, sevgi toxumları səpmisiniz” deyib.

Tədbir şəhidlərin doğmalarına Fəxri Diplomların təqdim olunması və Anar Kərimovun ailələrlə masa ətrafında söhbəti ilə davam edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb