Anar Məmmədli vicdan məhbusu elan olundu

12:20 | 24.12.2013
Anar Məmmədli vicdan məhbusu elan olundu

Anar Məmmədli vicdan məhbusu elan olundu

"Amnesty İnternational" beynəlxalq hüquq-müdafiə təşkilatı Seçkilərin Monitorinqi və Demokratiya Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlini vicdan məhbusu elan edib.

Dekabrın 16-da həbs olunan Anar Məmmədli qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.Nəsimi Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılıb və qeyd olunan məhkəmə Anar Məmmədlini həbsdə saxlayıb. Anar Məmmədlinin vəkili Rəşid Hacılı “Media forum” saytına deyib: “Nəsimi Rayon Məhkəməsinin Anar Məmmədli haqda həbs qətimkan tədbirinin seçilməsinə dair qərarında göstərilirdi ki, Anar Məmmədli azadlıqda qalsa, yeni cinayətlər törədəcək, qaçıb gizlənəcək, istintaqın gedişini mane olacaq. Biz Bakı Apellyasiya Məhkəməsindən bunun əsaslandırılmasını istədik. Heç bir əsaslandırma gətirilmədi, ümumi fikirlər səsləndi, birinci instansiya məhkəməsinin qərarından verdiyimiz şikayət rədd olundu, həmin qərar qüvvədə saxlanıldı”.Qeyd edək ki, yerli və beynəlxalq təşkilatlar, o cümlədən də ABŞ-ın Azərbaycandakı səfirliyi Anar Məmmədlinin dərhal azad edilməsi haqda çağırışlar ediblər.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM