Anar Məmmədlinin vəziyyəti getdikcə pisləşir - Vəkil

13:09 | 16.10.2024
Anar Məmmədlinin vəziyyəti getdikcə pisləşir - Vəkil

Anar Məmmədlinin vəziyyəti getdikcə pisləşir - Vəkil

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli səhhəti  səhhəti günü-gündən pisləşir. Bu barədə onun vəkili Elçin Sadıqov öz sosial hesabında yazıb. 
 
"Anar Məmmədlinin səhhəti günü-gündən pisləşir. Onun müayinə olunması, analizlər alınması, yoxlanılması və müalicəsi ilə bağlı etdiyimiz müraciətlərin heç bir nəticəsi yoxdur", - o bildirib. 

Avqustda Xətai Rayon Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan müddətini 3 ay uzadıb. 


Anar Məmmədli aprelin 30-da bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qaçaqmalçılıqda (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ittiham olunaraq həbs edilib. Əvvəlcə ona "Abzas Media işi” ilə əlaqəli ittiham təqdim edilib.  Daha sonra onun işi ayrıca icraata ayrılıb.

Çoxsaylı beynəlxalq təşkilatlar və ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Anar Məmmədlini və həbsdə olan digər jurnalist və fəalları dərhal azad etməyə çağırıb.
 
Bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu elan edilib. O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.
 
Aytac 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM