Anar Məmmədliyə qarşı əlavə ittiham irəli sürüldü

13:53 | 17.12.2013
Anar Məmmədliyə qarşı əlavə ittiham irəli sürüldü

Anar Məmmədliyə qarşı əlavə ittiham irəli sürüldü

 İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və köməkçisi Rövşən Məmmədov bir sıra polis idarələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.Bu barədə APA-ya məlumat verən E. Behbudov Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsində, Nəsimi, Nərimanov, Binəqədi rayon Polis İdarələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçirdiklərini bildirib: “Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində 3 nəfər, Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində isə 6 nəfər saxlanılır. Onlardan biri Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlidir. Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub külli miqdarda gəlir əldə etmək), 213.1-ci (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib, bu gün Bakı İstintaq Təcridxanasına köçürüləcək”. E. Behbudov A. Məmmədlinin saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayətinin olmadığını deyib. Qeyd edək ki, A. Məmmədli dekabrın 16-da həbs edilib. Nəsimi Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.   ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM