Şəmkir rayon Ələsgərli kənd tam orta məktəbin riyaziyyat müəllimi Əhmədov Zöhrab Rüstəm oğlu aldığı yanıq xəsarələri nəticəsində vəfat edib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, fevralın 11-də Şəmkir rayonunun Ələsgərli kəndində, Əhmədov Rüstəm Süleyman oğluna məxsus fərdi yaşayış evində elektrik naqillərindəki qısaqapanmadan yaranan yanğın nəticəsində anası Əhmədova Mahı Bayraməli qızı və övladı 2011-ci il təvəllüdlü Əhmədov Rüstəm Zöhrab oğlu vəfat edib, Əhmədov Zöhrab Rüstəm oğlu isə ağır bədən xəsarətləri alaraq Bakı şəhərində yerləşən xəstəxanaya aparılmışdı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !