Anasını itirən Niyamdan ürək dağlayan sözlər: “Məni digər uşaqlardan ayrı tutub” - VİDEO

20:09 | 06.12.2019
İki gün öncə müğənni Niyam Salaminin anası dünyasını dəyişib.

AZXEBER.COM xəbər verir ki, ARB TV-nin "Elgizlə İzlə" verilişində ifaçının anasının yas mərasimindən görüntülər yayımlanıb.

Anası haqqında danışan sənətçi çox üzüldüyünü bildirib:

"Səkkiz uşaq böyüdən ana haqqında nə deyə bilərəm?! Kənddə yaşayan ananın əziyyəti başqadır. Övlad kimi nəyə gücüm çatıbsa etdim. Amma elə bilirəm onun üçün heçnə edə bilmədim. Qan təzyiqi var idi. İllərdir təzqindən əziyyət çəkirdi. Anam məni müğənni olmağa qoymayıb. Əziyyətimə görə razı olmayıb. 8 övlad içərisində məni ayrı tutub".
 


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti