Anasını oğulsuz, xanımını övladsız qoyan şəhidimiz - FOTOLAR

21:51 | 27.10.2020
Anasını oğulsuz, xanımını övladsız qoyan şəhidimiz  - FOTOLAR

Anasını oğulsuz, xanımını övladsız qoyan şəhidimiz - FOTOLAR

Füzuli uğrunda gedən döyüşlərdə bir çox ailənin övladı həlak olub. Onlardan biri də Horadizdə sıradan bir evdə yaşayan Baxşəliyevlər ailəsidir.  Ailə tək övladları olan Araz Baxşəliyevi itirib. Onun geriyə yenidən övlad sahibi ola bilməyəcək yaşda olduğunu deyən ana-atası və iki aydır evlənmək məqsədi ilə qaçırdığı qız qalıb.
 
Arazın anası Qəmər xanım oğlunun itkisi ilə barışa bilmir: "Gözümün ağı qarası tək oğlum idi. Onun üçün yaşayırdım. Tək övladımı torpağa verdim, mən artıq nə üçün yaşayacam?!"
 
Qəmər Baxşəliyeva astma xəstəsidir. Oğlunu itirəndən sonra xəstəliyi ağlamaqdan kəskinləşib. Lakin o, xüsusi bir müalicə almamaqda israr edir.
 
"Qaytara bilirsinizsə, ərimi geri qaytarın"
 

 
Araz Baxşəliyevdən sonra övlad sahibi ola bilməyən təkcə Qəmər xanım deyil, həm də Arazın ruhuna əbədi sadiq qalacağına söz verdiyini deyən sevgilisi Ayşən Baxşəliyevadır.
 
"İki ay əvvəl yoldaşımın ailəsi bizə elçi gəldi. Yox dedim, ikinci dəfə də elçi gəldilər. O mənə dedi ki, bu dəfə də yox desən, səni qaçırdacam. Sonra bir qızla mağazaya gedərkən Araz da öz dostu ilə gəlib məni qaçırdı. Bu zorla qaçırtma deyildi. Sadəcə naz edirdim, qaçırdanda da xoşuma gəlmişdi. Ayın 27-i qapıda mənə üçgünlük elədilər. Pandemiyaya görə evlənə bilmədik. Yoldaşım dedi ki, karantin bitsin, evlənərik. Qismət, cəmi 2 ay birlikdə yaşaya bildik. Gəlib soruşurlar ki, nəyə ehtiyacın var, maddi, mənəvi nə köməklik edə bilərik? Deyirəm ki, mənə heçnə lazım deyil, qaytara bilirsinizsə, ərimi geri qaytarın - deyir, şəhidin həyat yoldaşı".
 
"Hərbçi həyat yoldaşı istəmirəm, bu peşə sahiblərinin sonları olmur".
 
 
Ayşən Gülmalıyevanın 23 yaşı var. Orta təhsillidir. Evlilik planlaşdırmasa da yəqin qismət də şəhid arvadı olmaq da olub, deyir.
 
"Elçilik ərəfəsində ona deyirdim ki, hərbçi həyat yoldaşı istəmirəm, hərbçilərin həyatı olmur. O da buna təəccüblənib səbəbini soruşanda başa salırdım ki, bu peşə sahiblərinin sonları olmur. Fəxr edirəm, amma nə bilim, çox da çətindir. Biz qaçandan sonra qürurla deyirdi ki, gördün axır ki, səni hərbçi həyat yoldaşı elədim. Dedi ki, narahat olma bizim sonumuz yaxşı olacaq. Qoymadılar ki, o verdiyi sözü tutsun. Toyumun olmamağı mənə pis təsir edirdi. Ərim mənə söz vermişdi ki, karantin bitən kimi mənə bir toy edəcək ki, hamı bizim toydan danışacaq. Ayın 18-i ad günündə bunu mənə dedi. Artıq şəhid olub, düzdür o mənə verdiyi sözü tuta bilmədi, amma ona verdiyim sözü tutacam. Əbədi bu evdə onun valideynləri ilə yaşayacam.
 
 
Əminə Məmmədova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb