Anasının dişlədiyi qız xəstəxanalıq oldu

21:08 | 12.07.2019
Rusiyanın Sankt-Peterburq şəhərində xəstəxanaya yerləşdirilən 8 yaşlı qıza anasının xəsarət yetirdiyi məlum olub. Qadın övladını möhkəm dişləyib.
Bizimyol.info xəbər verir ki, uşaq xəstəxanada onu bu hala anasının saldığını deyib. Həkimlər polisə məlumat verib. Polis araşdırma aparır.
Övladını dişləyib xəsarət yetirmək halı son aylar Rusiyada, eyni zamanda Sankt-Peterburqda ikinci dəfə baş verir. İyunda bu şəhərdə iki azyaşlı qardaşları anası dişləyərək cəzalandırmışdı. Uşaqlar xəstəxanaya bədən yarası, yüksək temperaturla çatdırılmışdı. Böyük qardaşın dediyinə görə, anası onu çox yediyinə görə dişləyirmiş. Uşaq anasının hətta onun qasıq nahiyəsindən də dişlədiyini iddia edirdi.

www.anews.az
loading...

Xəbər lenti