ATƏT və Avropa Şurası Parlament Assambleyası (AŞPA) birgə məruzələrində noyabrın 1-də Türkiyədə keçirilən parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qalib gəlməsini tənqid ediblər.
Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, AŞPA-dakı İsveçrədən olan deputat Andreass Qros bəyan edib ki, bu ölkədə seçkiqabağı mübarizə ədalətsiz olub və qorxu mühitində keçib.
ATƏT-in xüsusi əlaqələndiricisi İqnasio Sançez Amor isə kütləvi informasiya vasitələrinə təzyiq göstərildiyini bəyan edib. Belə tənqidlə ABŞ-da çıxış edib.
Ağ Evdə bir sıra xarici KİV-ə və Türkiyədəki ayrı-ayrı jurnalistlərə təzyiq və hədə-qorxu edildiyinə görə narahatlıq ifadə edilib.
Noyabrın 1-də keçirilən təkrar seçkilərdə Ədalət və İnkişaf Partiyası 49,4 faiz səs toplayaraq yenidən təkbaşına hökumət formalaşdırmaq şansı əldə edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !