“Android”dən “iOS”-a keçmək mümkün olacaq

22:08 | 18.09.2014
“Android”dən “iOS”-a keçmək mümkün olacaq

“Android”dən “iOS”-a keçmək mümkün olacaq

“Apple” şirkətinin rəsmi saytında artıq  “Android” sistemindən “iOS”-a keçidlə bağlı  təlimatlar təqdim edilib.

 

“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, xüsusi bölümdə istifadəçilərin  bir sistemdən digər sistemə keçidi ilə bağlı məlumat təqdim edilib.

 

Təəssüf ki, bu prosesdə “Android” üçün alınmış əlavələri “iPhone” qurğusuna keçirmək mümkün deyil, onları yenidən “App Store”dan almaq lazım olacaq.

 

Xatırladaq ki, “iPhone 6”-nın öncədən 4 milyon sifarişi qeydə alınıb. Qurğunu öncədən sifariş etmiş istifadəçilər ilk nümunələri sentyabrın 19-da alacaqlar.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM