Ançelotti: "Ronaldonu riskə atmaq istəmirəm"

12:28 | 08.04.2014
Ançelotti: "Ronaldonu riskə atmaq istəmirəm"

Ançelotti: "Ronaldonu riskə atmaq istəmirəm"

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti komandasının əsas hücumçusu Kriştiano Ronaldonun son durumuna aydınlıq gətirib.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan italiyalı mütəxəssis Ronaldonun "Borussiya" ilə oyuna hazır olduğunu, lakin onu riskə atmaq istəmədiyini bildirib:"Ronaldo məşqlərdə çox çalışdı və oyuna hazırdır. Özünü yaxşı hiss edir. Əgər işlər yolunda gedərsə, Ronaldo "Borussiya" ilə matçın ilk dəqiqələrindən meydana çıxa bilər. Ancaq mən onu riskə atmaq istəmirəm. Onu ehtiyatda saxlaya da bilərəm. Lakin Ronaldo peşəkar futbolçudur və hər görüşdə oynamaq istəyir".Ançelotti Çempionlar Liqasının 1/4 finalının cavab qarşılaşması çərçivəsində bu axşam "Borussiya" ilə baş tutacaq oyun barədə isə bunları deyib: "İlk oyundakı böyükhesablı qələbəni və yarımfinala yaxın olduğumuzu nəzərə alsaq, futbolçuların əlavə motivasiyaya ehtiyacı yoxdur. "Borussiya"nın 4 qol vurması üçün aktivində 90 dəqiqə olacaq. Ancaq biz də qələbə qazanmaq istəyirik. Robert Levandovskinin heyətə qayıtması çox şeydən xəbər verir. O, əla futbolçudur və "Borussiya" üçün çox vacibdir. Onun meydanda olması Dortmund təmsilçisinin qələbə qazanmaq şanslarını artırır".Qeyd edək ki, "Borussiya" - "Real" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM