Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Bələk şəhərində keçirilən G20 sammitində Almaniyanın kansleri Angela Merkel bəyan edib.
"Biz burada - sammitdə terrorizmin istənilən formasında daha güclü olduğumuzu qərarlı şəkildə bəyan edirik”, - o deyib.
Merkel həmçinin Parisdəki terror aktlarını araşdırmağa və onun arxasında duranları cinayət məsuliyyətinə cəlb etməyə çağırıb.
"Biz bunu ilk növbədə həlak olanlar və onların doğmaları üçün etməliyik. Biz bunu öz şəxsi təhlükəsizliyimiz, müharibə və terrorizmdən qaçan çoxsaylı günahsız qaçqınlar üçün etməliyik”, - kansler əlavə edib və qeyd edib ki, mühacirlərin Avropaya axınına səbəb İŞİD terror qruplaşmasının zorakılığı, Suriya və İraqda müharibədir.
"Biz hamımız bilirik ki, zaman gözləmir. G20 hərəkət etməlidir ki, milyonlarla qaçqına ümid versin”, - Merkel deyib.
O, yenidən Avropa İttifaqı daxilində mühacirlərin ədalətli yerləşdirilməsinə, Avropa İttifaqının daxili sərhədlərinin müdafiəsi məsələsində və qaçqınların qanunsuz daşınması ilə mübarizədə inkişafa nail olmağı tələb edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !