Almaniya kansleri Angela Merkel Türkiyəyə səfər edəcək.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, səfər yanvar ayının 24-də baş tutacaq.
Ş. Zaybert qeyd edib ki, səfər çərçivəsində A. Merkel Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşəcək, görüşdən sonra Almaniya və Türkiyə liderləri mətbuata birgə bəyanatla çıxış edəcəklər.
Eyni zamanda Almaniya kansleri Türkiyə Prezidenti ilə Türk-Alman Universitetinin kampusunun açılış mərasimində iştirak edəcək.
Xatırladaq ki, yanvarın 19-da Almaniyanın paytaxtı Berlində Liviya ilə bağlı keçiriləcək sammitə Türkiyə Prezidenti də qatılacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !