Angela Merkelin gözlənilmədən halı pisləşib

18:06 | 09.12.2014
Angela Merkelin gözlənilmədən halı pisləşib

Angela Merkelin gözlənilmədən halı pisləşib

Almaniya kansleri Angela Merkel ZDF və ARD telekanallarına müsahibə verərkən özünü gözlənilmədən pis hiss edib.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, söhbəti dayandıraraq bir müddət sonra yenidən bərpa etmək lazım gəlib.

"Kansler birdən özünü pis hiss edib, o yemək yeməli, bir şeylər içməli olub və bundan sonra müsahibəni davam etdirib”, - baş verənlərə açıqlama verən hökumət nümayəndəsi Şteffen Zaybert deyib. Merkel müsahibəni XDİ (Xristian Demokratik İttifaqı) partiyasının Kelndə keçirilən qurultayı ərəfəsində verirdi.

"Hannoversche Allgemeine Zeitung” qəzeti bildirib ki, kansler zəifləyib, amma müsahibə götürən telekanalların nümayəndələri bu informasiyanı təsdiqləməyiblər. Müsahibədən sonra jurnalistlər üçün dəvət keçirilib, Merkel bu dəvətdə iştirak edib və uzun müddət jurnalist və siyasətçilər ilə söhbət edib.
 
"Bu gün Angela Merkel istənilən halda formada olmalıdır. Partiyanın qurultayında, onun səkkizinci dəfə partiya sədri seçilməsi ehtimal edilir. Başqa namizəd yoxdur”, - nəşr yazır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti