Ankara Öcalan və bütün kürdlərlə danışıqları dondurdu

15:22 | 31.10.2014
Ankara Öcalan və bütün kürdlərlə danışıqları dondurdu

Ankara Öcalan və bütün kürdlərlə danışıqları dondurdu

Türkiyə hökuməti PKK ilə başladılan “həll proses”ini (Çözüm sürəci) müvəqqəti olaraq dayandırıb.

Bu barədə Türkiyənin CNN-Türk kanalı məlumat yayıb. Məlumatda qeyd olunur ki, PKK lideri Abdullah Öcalan və kürd partiyası HDP ilə danışıqlar dayandırılıb. Gözləmə müddətinin nə zamana qədər davam edəcəyi məlum deyil.

Telekanalın xəbərində qeyd olunur ki, oktyabrın 15-də Yüksəkovada, 25-də isə Diyarbəkrdə baş verən hərbçilərə qarşı sui-qəsd hadisələrindən, eləcə də kürd təşkilatlarının ölkədə noyabrın 1-də planlaşdırdıqları kütləvi etirazlar səbəbindən hökumət bu addımı atıb. Hətta İmralı adasında Öcalanla görüş tələbi rədd edilib.

Ancaq HDP rəhbərliyində təmsil olunan Pərvin Buldan görüş istəmək xəbərini təkzib edib. Eyni zamanda kürd siyasətçi bildirib ki, həll prosesinin davam etməsində maraqlıdırlar. Eyni zamanda bildirib ki, hökumətin dialoq prosesini dayandırması HDP rəhbərliyində olan bəzi şəxslərin açıqlamalarla bağlıdır.(musavat.com)

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM