Ankara saziş layihəsi hazırlayaraq Rusiya tərəfinə göndərdi

16:29 | 19.08.2015
Ankara saziş layihəsi hazırlayaraq Rusiya tərəfinə göndərdi

Ankara saziş layihəsi hazırlayaraq Rusiya tərəfinə göndərdi

Türkiyə hökuməti "Türk axını” qaz kəmərinin tikintisinə dair saziş layihəsini Rusiya tərəfinə göndərib.

APA-nın "Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib. T. Yıldız Türkiyənin təkliflərinin detallarını açıqlamayıb. O, son 5-6 ayda Rusiya qazının Türkiyəyə idxalında 8% azalma olduğunu da deyib. 
 
Xatırladaq ki, iyul ayında "Reuters” Türkiyə rəsmi dairələrindəki mənbələrə istinadən qaz kəmərinin tikintisinə dair danışıqların dayandırılması barədə xəbər yayıb. Buna səbəb kimi qazın qiymətində endirim edilməsi məsələsində tərəflər arasında fikir ayrılığının olması göstərilib. Avqustun əvvəlində isə "İnterfaks” agentliyi "Qazprom”un "Türk axını” kəmərinin 4 qolu yerinə, 1 və ya 2 qolunu inşa etmək qərarına gəldiyi haqda xəbər yayıb. Ankara da məhz bu ölkəyə uzanacaq yeganə qolun tikintisində maraqlı olduğunu bəyan edib.  
 
Qeyd edək ki, "Türk axını” kəməri Rusiyanın Anapa şəhərindən Qara dənizin dibi ilə Türkiyəyə, oradan isə Yunanıstan sərhədinə qədər uzanmalıdır. Yunanıstan sərhədində Avropa ölkələrinə qaz ixracı üçün qazpaylayıcı şəbəkə (xab) yaradılması nəzərdə tutulub. Lakin Avropa İttifaqı Ukraynadan yan keçəcək bu kəmərin tikintisində maraqlı olmadığını və Rusiya qazını əvvəlki marşrut və razılaşmalar çərçivəsində almaq istədiyini bildirib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM