Ankara suriyalı türkmənləri müdafiə edəcək

16:25 | 23.11.2015
Ankara suriyalı türkmənləri müdafiə edəcək

Ankara suriyalı türkmənləri müdafiə edəcək

Türkiyənin baş naziri Əhməd Davudoğlu Ankaranın Suriyada türkmənlərin müdafiəsi üçün tədbirlər görəcəyini istisna etməyib, bununla yanaşı, tədbirlərin nədən ibarət olacağını  dəqiqləşdirməyib, RİA Novosti məlumat yayıb.

Oxu.Az Türkiyə XİN-ə istinadən xəbər verir ki, cümə günü Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və Suriyanın şimalında Bayırbucaq rayonunda türkmənlərin yaşadığı ərazinin Rusiya Federasiyası HKQ-nın (Hava kosmik qüvvələri) zərbələr endirməsinə dair etiraz bildirilib.

"Əgər qaçqınların Türkiyəyə intensiv axınına səbəb olacaq hücumlar davam edərsə, həm Suriyada, həm də Türkiyədə lazımi tədbirlər görüləcək. Biz həmçinin bacı və qardaşlarımızın orada da müdafiəsi, eləcə də istənilən təhlükə qarşısında öz maraqlarımızın qorunması üçün addımlar atacağıq”, Davudoğlu Bayırbucaqdakı vəziyyəti şərh edərkən jurnalistlərə bildirib.

Davudoğlunun sözlərinə görə, bu regionda İŞİD yaraqlıları yoxdur. O əlavə edib ki, bu vəziyyətlə əlaqədar Türkiyənin baş qərargahının rəisi Hülusi Akar və milli kəşfiyyat idarəsinin Hakan Fidan ilə daima əlaqədədir.

Bu ərəfədə Anadolu agentliyi Türkiyə hakimiyyətində olan mənbəsinə istinadən məlumat yayıb ki, Türkiyə BMT-nin Təhlükəsizlik Şurasını bu vəziyyətin təcili olaraq nəzərdən keçirilməsinə çağırıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti