Ankara və Vaşinqton razılaşdı

13:14 | 05.08.2015
Ankara və Vaşinqton razılaşdı

Ankara və Vaşinqton razılaşdı

ABŞ ilə Türkiyə Suriyanın şimalında yaradılacaq təhlükəsizlik bölgəsinə kürd güclərinin buraxılmaması mövzusunda razılaşıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın "Wall Street Journal” qəzeti yazıb.

Türkiyənin Suriyada qurmaq istədiyi təhlükəsizlik bölgəsindəki əhalinin əksəriyyətinin türkman və ərəblər olduğunu yazan Amerika nəşrinə görə, Ankara kürd döyüşçülərin bölgəyə girərək türkman və ərəbləri oradan sıxışdıracağından narahatdır.

Qəzetdə Suriyadakı kürdlərin vətəndaş müharibəsindən əvvəl yaşadığı bölgələrin xəritəsi dərc edilib və kürdlərin ölkənin şimal sərhədində 3 bölgədə yaşadığı barədə məlumat verilib. ABŞ Müharibə Tədqiqatları İnstitutuna görə, YPG-nin (PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı) İŞİD-lə döyüşlərdə qazandığı qələbələrdən sonra kürd qruplar hazırda müharibədən əvvəlki dövrlə müqayisədə daha böyük əraziyə nəzarət edirlər.

Amerika nəşri YPG-nin Tel-Abyadı İŞİD-in əlindən alması ilə ilk dəfə 3 kürd kantonunda ikisinin fiziki olaraq birləşdiyinə diqqət çəkir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM