Ankarada bomba partladanın şəxsiyyəti bəll oldu - TERROR

15:33 | 19.10.2015
Ankarada bomba partladanın şəxsiyyəti bəll oldu - TERROR

Ankarada bomba partladanın şəxsiyyəti bəll oldu - TERROR

Belə bir açıqlama ilə Türkiyənin baş naziri Əhməd Davudoğlu çıxış edib. Onun sözlərinə görə, hazırda ikinci bombaçının kimliyinin təsbit olunması istiqamətində işlər gedir.

Baş nazir Əhməd Davudoğlu "A Haber" televerilişinə qatılıb və Ankara terroru ilə bağlı çıxış edib. Ona verilən "daha 2 bombaçının da olduğu iddia edilir" - sualına belə cavab verib: "Panika yaradan xəbərlərdən hər birimiz təsirlənirik. Amma yaddan çıxarmayaq ki, xalqımızı panikaya sürükləyən hər bir xəbər terrorçuların xeyrinədir, odur ki, hər bir informasiya verilərkən, yaxud sual soruşularkən diqqətli olmaq lazımdır".

Xatırldaq ki, oktyabrın 10-da Türkiyənin paaytaxtı Ankarada terror aktı gerçəkləşdirilib. Hadisə nəticəsində 102 nəfər ölüb. Partlayışla bağlı 11 nəfər şübhəli şəxs qismində saxlanılıb və 4 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM