Ankarada Etnoqrafiya Muzeyində saxlanan Bibliya Vatikanı şoka saldı

20:54 | 21.02.2014
Ankarada Etnoqrafiya Muzeyində saxlanan Bibliya Vatikanı şoka saldı

Ankarada Etnoqrafiya Muzeyində saxlanan Bibliya Vatikanı şoka saldı

Türkiyədə aşkarlanmış 1500 illik Bibliya Vatikanda ciddi narahatlıq doğurub. ANS PRESS xəbər verir ki, Bibliyada Məsih İsanın ilk tələbələrindən biri olmuş və həvari Pavellə birlikdə səyahət etmiş Varnavanın yazdığı İncil var. Kitab 2000-ci ildə aşkarlanıb və Ankaradakı Etnoqrafiya Muzeyində saxlanır. Dəridən hazırlanmış kitab Məsih İsanın danışdığı arami dialektində yazılıb, səhifələri keçən zaman ərzində qaralıb. Kitabı qiymətləndirən ekspertlər onun gerçək olduğunu bildiriblər. Kitabla tanış olmuş Tehran ekspertləri bildirirlər ki, mətnlərə görə, İsa çarmıxa çəkilməyib, Tanrının oğlu olmayıb, amma peyğəmbər olub və Pavel fırıldaqçıdır. Kitabda həmçinin bildirilir ki, İsa diri-diri göyə qalxıb. O, çarmıxa çəkilməyib və onun yerinə İuda İskariotu çarmıxa çəkiblər. Həmçinin mətnlərdə İsadan sonra sonuncu peyğəmbərin gələcəyi də vurğulanıb. Vatikan kitab barədə ciddi narahatlıq bildirib və Türkiyə hakimiyyətindən katolik kilsəsinin ekspertləri ilə birlikdə kitabın içindəkiləri katolik kilsəsində qiymətləndirməyi xahiş edib. Bildirilir ki, 325-ci ildə Nikeya kilsə məclisində katolik ekspertlər İncilləri araşdıraraq onların bəzi nümunələrini, o cümlədən Varnavanın İncilini məhv ediblər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM