Ankarada terror aktında ölənlərin sayı 99 oldu

09:12 | 15.10.2015
Ankarada terror aktında ölənlərin sayı 99 oldu

Ankarada terror aktında ölənlərin sayı 99 oldu

Partlayışdan sonra baş qaldıran etiraz aksiyaları ötən gün də davam edib.

Türkiyənin paytaxtı Ankarada oktyabrın 10-da törədilən partlayış nəticəsində ölənlərin sayı 99-a çatıb. ANS PRESS-in məlumatına görə, partlayışdan sonra baş qaldıran etiraz aksiyaları ötən gün də davam edib. İstanbul şəhərində separatçı kürdlərin dəstəklədiyi Xalqların Demokratik Partiyası (HDP) tərəfdarları axşam saatlarına qədər oturaq aksiya keçiriblər. Fəallar əllərində terror qurbanlarının fotoşəkilləri ilə hökumətə qarşı çıxışlar ediblər.

Xalqların Demokratik Partiyasının həmsədri Səlahəddin Dəmirdaş terrorda dövlətin əlinin olduğunu iddia edib.

"İstintaq davam etdikcə bu daha çox bəlli olacaq. Bir şərtlə ki, istintaq ədalətli olsun. Biz dövlətlə düşmənlik etdiyimiz üçün yox, dövlətin təmizlənməsi, demokratikəşməsi üçün bunu deyirik. Dövlət bariz formada İŞİD-dən təzyiq aləti kimi istifadə edir. Belə bir siyasət yürüdürlər. İŞİD İslamın da, insanların da, ölkəmizin də başına gələn ən böyük bəlalardan biridir. İslamla da heç bir əlaqəsi yoxdur.”

"Euronews" telekanlının məlumatına görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu terror aktı planının həm İŞİD, həm də PKK qruplaşması tərəfindən hazırlanmış ola biləcəyini deyib.

Əhməd Davudoğlu: "İstintaq araşdırmasını daha da dərinləşdirir, şübhəlilərin tvitter səhifələrinə və IP (AyPi) ünvanlarına baxırıq. Terrorun təşkilində hər iki qruplaşmanın əli olduğuna dair nəticələr əldə etmişik”

Davudoğlu bildirib ki, hökumət PKK-nı dəstəkləyən qruplara xaricdən dəstək olunmasına qarşı səbrli davranmayacaq. Davudoğlu mitinqlər zamanı insanların terror təhlükəsindən müdafiə olunması üçün hökumətin yeni təhlükəsizlik konsepsiyası təqdim edəcəyini də deyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM