Ankaranın meri də istefaya gedə bilər

23:25 | 03.10.2017
Ankaranın meri də istefaya gedə bilər

Ankaranın meri də istefaya gedə bilər

Ankara şəhərinin meri İbrahim Melih Gökçek istefa verə bilər.

Trend-in məlumatına görə, M.Gökçekin istefasını hakim Ədalət və İnkişaf Partiyası (AKP) tələb edib.

Bu addımın səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, bu məsələ barədə danışıan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan M.Gökçekin istefasının istisna olmadığını deyib.

Bir müddət əvvəl Türkiyə prezidenti partiyanın bir sıra üzvlərinin istefa verməsini tələb etmişdi. Bu, AKP-də gözlənilən bir sıra islahatlarla bağlı olub.

Qeyd edək ki, o, 1994-cü ildən Ankaranın meri vəzifəsini icra edir.

Xatırladaq ki, sentyabrın 22-də isə İstanbul meri Kadir Topbaş istefa verib. Onun yerinə Mövlud Uysal seçilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti