Modellik etməyə başlayan Rusiya casusu Anna Çapman Tarkana vurulduğunu etiraf edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-da casusluq etdiyinə görə saxlanılıb Rusiyaya təhvil verilən Anna Çapman dəb aləminə ilk addımını Antalyada atıb. Elə burada da türk müxbirin suallarını cavablandıran Çapman Tarkana olan marağını etiraf edib. Həmin müsahibəni sizə təqdim edirik:
Yeni sənətinizin ilk addımını niyə məhz Türkiyədə atdınız?
-Türkiyə məhsullarına Rusiyada böyük maraq var. Mən də dəbi ilk dəfə Antalyada öyrənmişəm. Bundan sonra İstambulu gəzdim və bir anda özümü dəb aləminin içində gördüm.
İstambula gələndə mühafizə ilə gəzirsiniz?
-Yox. 3 nəfər xanım köməkçim var. Onlarla birlikdə gəzirəm . Ayda bir dəfə İstambula gəlirəm. Türkiyə çox güvənli ölkədər. Burada mühafizə ilə gəzmək şou kimi görsənir.
Dəb aləmindəki hədəfiniz nədir?
-Maddi bir gözləntim yoxdur. Həzz alıram.
Modadaki hedefiniz ne? Dizaylarımdakı motivləri özüm çəkirəm. Məqsədim rus dəbini dünyaya tanıtdırmaqdır. Buna görə Türkiyə böyük fürsət oldu. Antalyada “Ekspo” mərkəzində 40 kv. Metrlik stend icarəyə götürdüm və məhsullarımı nümayiş etdirdim. Türkiyənin mənə uğur gətirdiyini düşünürəm. Keçən Antalyada iştirak etdiyim nümayişdən sonra bəxtim açılıb.
Türkiyədə sizing diqqətinizi çəkən kimsə vəya nəisə oldu?
-Müğənni Tarkanı ruslar çox sevir. Mən də çox dinləmişəm. Amma, Antalyada canlı görəndən sonra həqiqətən ona vuruldum. Çox güclü cazibəsi var. Konsertində oldum və gözlərimi ondan çəkə bilmirdim.
Agentlik illəriniz sizdən nə aldı?
-Keçmişi unutdum. Artıq yeni bir həyat qurdum özümə və belə daha xoşbəxtəm.
ANS PRESS