Anqolanın neft naziri Bakı Ali Neft Məktəbində

13:20 | 06.06.2017
Anqolanın neft naziri Bakı Ali Neft Məktəbində

Anqolanın neft naziri Bakı Ali Neft Məktəbində

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Anqolanın neft naziri Xose Maria Botelyo de Vaskonselosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. Nümayəndə heyətinin tərkibinə, həmçinin Anqolanın neft şirkəti olan Sonangol şirkətinin icraçı direktoru və İcraçı komissiyasının prezidenti Paulino Xeronimo da daxil idi.

Milli.Az xəbər verir ki, görüşdə Ali Məktəbin rektoru Elmar Qasımov Anqola və Azərbaycanın təhsil əlaqələrindən bəhs etdi və bu əlaqələrin inkişafınin hər iki ölkənın maraqlarına xidmət edə biləcəyini vurğuladı. O, Anqolalı tələbələrin BANM-də təhsil almasını təklif etdi. E.Qasımov yeni açılmış kampusda onlar üçün hər cür imkanların yaradılacağını, tədrislə yanaşı, SOCAR-ın müəssisələrində təcrübə keçə biləcəklərini xüsusi qeyd etdi.

Xose Maria Botelyo de Vaskonselos həm Neft Nazirliyinin, həm də Sonangol şirkətinin Anqolalı gənclərin xarici ölkələrdə təhsili üçün təqaüd proqramları həyata keçirdiyini və gənclərin Azərbaycanda da təhsil almalarında maraqlı olduqlarını bildirdi. Anqolanın neft naziri bu istiqamətdə müvafiq tədbirlərin həyata keçiriləcəyini bildirdi. O, həmçinin nazirliyin dəstəyi ilə mühəndislik üzrə ali təhsil verəcək təhsil müəssisəsinin yaradılması ilə bağlı layihə üzərində çalışdıqlarını da qeyd etdi və bu istiqamətdə BANM-in təcrübəsindən yararlana biləcəklərini bildirdi.

Qeyd edək ki, Anqolanın nümayəndə heyətinin Bakıya səfəri 24-cü Beynəlxalq Neft və Qaz sərgisi çərçivəsində həyata keçirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti