Tanınmış telejurnalist Afət Telmanqızının qardaşının həyat yoldaşı, həkim terrorunun qurbanı olan Pərvanə Hüseynova ilə bağlı ANS telekanalında yayımlanan “Alın yazısı” proqramında sujetlər hazırlansa da, kanal rəhbərliyinin tapşırığından sonra görüntülərin efirə getməsi qadağan olunub. Axar.az xəbər verir ki, bu cür hal ANS-də ikinci dəfədir ki, baş verir. “Həkim terroru” ilə bağlı hazırlanan proqramın görüntüləri bundan əvvəl də kəsilərək efirə getməyinin qarşısı alınmışdı. Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı Elçin Əlibəylinin “Açıq söhbət” proqramında anons edilən kadrlar efirə getməmişdi. Və bu da E. Əlibəylininin insan ölümü ilə alverdə ittiham edilməsinə səbəb olmuşdu. Həmin olayın təkrarı ANS-in öz əməkdaşı olan Afət Telmanqızının yaxını Pərvanə Hüseynovaya aid verilişdə təkrar yaşanıb. “Alın yazısı” proqramında həkim terroru ilə bağlı sujetlər hazırlansa da, kanal rəhbərliyi həmin görüntüləri efirə buraxmayıb. 50 saniyəlik süjetə baxaraq özünüz də əmin ola bilərsiniz ki, verilişin anonsunda Afət Telmanqızı və mərhumun yaxınları həkimlərin əməlləri barədə danışırlar. Amma verilişdə Afət Telmanqızının danışdıqlarını görə bilmədik. Xanım jurnalist efirə gedən videoyazıda ümumiyyətlə gözə dəymədi. Verilişin tam mətni olan videoya baxaraq özünüz də əmin ola bilərsiniz ki,anonsda danışan və həkim terrorunu qeyd edən Afət Telmanqızının dedikləri efirə buraxılmayıb. Anonsla tutuşdurduqda, rəhmətə gedən Pərvanə xanımın ailəsinin danışdıqlarının əsas hissələri də verilişdə görünmədi. Məsələ ilə bağlı sayta danışan ANS TV-nin Bədii və Publisistik Verilişlər Departamentinin baş redaktoru Samirə Səfərəliyeva bildirdi ki, bu mövzu şirkətin daxili işidir: “Guya siz yazılarınızda ixtisar etmirsiniz? Nəyi efirə verib-verməmək bizim daxili işimizdir. Bunun heç kimə aidiyyəti yoxdur. Belə məsləhət bilmişik və etmişik”.
ANN.Az
Verilişin anonsu:
Verilişin bütöv hissəsi:
Bizi sosial şəbəkələrdə izləyin !