ANS-in bölgə bürolarının bağlanmasına aydınlıq gətirildi

14:49 | 12.02.2014
ANS-in bölgə bürolarının bağlanmasına aydınlıq gətirildi

ANS-in bölgə bürolarının bağlanmasına aydınlıq gətirildi

“Bəzi bölgələrdə büroların olmasına lüzum yoxdur". Bunu ANS PRESS-ə açıqlamasında ANS-in bəzi bürolarının bağlanması haqqında yayılan informasiyalara aydınlıq gətirən ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mais Məmmədov deyib.Onun sözlərinə görə, bəzi bölgələr bir-biri ilə çox yaxındır: "Avtomobillə 1-2 saatlıq yoldur. Məsələn, Lənkəranla Cəlilabadın arası çox azdır.Elə rayonlar var ki, oradan uzun müddət heç bir xəbər gəlmir. Onun qalmasının heç bir mənası yoxdur".Mais Məmmədovun sözlərinə görə, ANS-in Qarabağ, Lənkəran, Quba, Şəki kimi şəhərlərdə bölgə müxbirləri var."Bizim Amerika, Rusiya, İngiltərə, Türkiyə, Gürcüstan kimi ölkələrdə bürolarımız var. Gələcəkdə Avropanın bir neçə ölkəsində də büroların sayını artırmaq niyyətindəyik", - deyə Mais Məmmədov bildirib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM