Yalan məlumat yayan portallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qarşısında cavab verəcəkANS Müstəqil Yayım və Media Şirkətinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığı üçün məhkəmə verdiyi sayt və portalların sayı artıb.ANS MYMŞ-nın Hüquq Departamentindən ANS PRESS-ə verilən məlumata görə, həqiqətə uyğun olmayan məlumatlar yaydıqlarına görə, məhkəmədə cavab verəcək portalların siyahısına aşağıdakılar da əlavə edilib:dunyatv.az, realxeber.az, etatist.com, xalqxeber.az, baymedia.az, avrasiya.net, marka.az.Qeyd edək ki, daha öncə məhkəmə verilən sayt və portallar bunlar idi - aznews.az, ınterpress.az, azvision.az, demokratiya.info, axar.az, publika.az, presspost.az.Bu portalların qərəzli və əsassız məlumatları əsasında ANS-in işgüzar nüfuzuna maddi və mənəvi ziyan dəyib. Adları çəkilən portallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qarşısında cavab verəcəklər. ANN.Az