• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

ANS Tağı Əhmədovu niyə “vurur”?

ANS Tağı Əhmədovu niyə “vurur”?
27.12.2013 10:07
Bakı Metropoliteninin rəisi Tağı Əhmədovla ANS telekanalı arasındakı “soyuq müharibə” davam edir. Belə ki, ANS-in Metropoliten rəisini “vuran” növbəti sujetindən sonra qalmaqal daha da böyüdü. Efirə gedən süjet sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub. ANS-lə Tağı Əhmədovun qalmaqalına münasibət gözlənildiyi kimi birmənalı deyil. Yanaşmalar isə müxtəlifdir. Kimi bunu təqdir edir, Metropoliten rəhbərinin davranışını eynilə ANS kimi pisləyir, kimi də məsələyə başqa prizmadan yanaşır. AzVision.az ANS-in Əhmədovu “vurmağının” səbəbini öyrənməyə çalışıb. ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov sayta açıqlamasında bildirib ki, Bakı Metropolitenin fəaliyyətində nöqsanlar var və bu səbəbdən də bu formalı süjetlər efirə verilir:  “Bakı Metropoliteni pis işləyir, nöqsanlar var, biz də araşdırmışıq və göstərmişik. Səbəb ancaq budur,vəssalam”. Qeyd edək ki, Bakı Metropolitenin rəisi Tağı Əhmədov dəfələrlə müxtəlif vaxtlarda ANS-in müxbirlərinə qarşı kobud rəftar edib. T.Əhmədovun bu hərəkətindən sonra ANS ona qarşı silsilə süjetlər yayımlayır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:01
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
“Şəki” restoranı sökülür - Video
Cəmiyyət 19:23
“Şəki” restoranı sökülür - Video
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Cəmiyyət 18:22
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Cəmiyyət 17:30
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Cəmiyyət 15:23
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 14:04
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Güzdəkdə sexdə yanğın baş verib
Cəmiyyət 13:45
Güzdəkdə sexdə yanğın baş verib
Sabahın hava proqnozu
Cəmiyyət 12:25
Sabahın hava proqnozu
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - Video
Cəmiyyət 12:10
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol