ANS Tağı Əhmədovdan qisasını aldı Tağı Əhmədovu ANS tənqid edib. "Qafqazinfo" xəbər verir ki, dəfələrlə Tağı Əhmədovun kobud davranışlarına məruz qalan ANS-çilər bu dəfə "Xəbərçi"də Metropoliten sədrini topa tutublar. Belə ki, Tağı Əhmədov “mətbuat”ın düşməni adlandırılıb və Azərbaycan lüğətinə “burcutma” filan sözləri ilə yeni-yeni sözlər gətirib deyə tənqid edilib. Jurnalist sonda deyib: “Ola bilər ki, Tağı Əhmədov peşə fəaliyyəti ilə əlaqədar yerin altında daha çox vaxt keçirir. Görünür, yerin üstündəki mədəniyyət normaları ilə yerin altındakı normalar arasında böyük fərq var” Həmin video-süjeti təqdim edirik:
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !