Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR

10:43 | 18.07.2019
Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR

Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR

Türkiyədə azərbaycanlıların olduğu avtobus qəza törədib.

Trend-in məlumatına görə, hadisə ötən gün Antalyanın Manavqat vilayətində baş verib. Turistləri daşıyan avtobus idarəetməni itirərək yoldan çıxaraq aşıb.
Avtobusun dərəyə aşması nəticəsində Məmmədovlar ailəsinin 5 üzvü müxtəlif dərəcəli xəsarətlər alıb: Elşən Məmmədov, Şəfəq Məmmədova, Nur Məmmədov, Ceyran Məmmədova və Əsma Məmmədova.

Hadisə yerinə cəlb olunan təcili yardım briqadası xəsarət alan şəxsləri xəstəxanaya çatdırıblar. Onların vəziyyətinin yaxşı olduğu deyilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM