Antalyaya gedən azərbaycanlıların sayı azaldı

11:16 | 08.09.2015
Antalyaya gedən azərbaycanlıların sayı azaldı

Antalyaya gedən azərbaycanlıların sayı azaldı

2015-ci ilin 8 ayında (yanvar-avqust) Türkiyənin turizm bölgəsi hesab olunan Antalyaya 29 min 497 nəfər gedib. Bu da 2014-cü ilin anoloji dövrü ilə müqayisədə 3,4% azdır. 

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Aralıq dənizi bölgəsi üzrə mehmanxana işçiləri və administratorlar birliyi (AKTOP) məlumat yayıb. 

Qeyd edək ki, 2014-cü ilin ilk 8 ayında Antalyaya 30 min 541 nəfər azərbaycanlı ziyarət etmişdi. 

Birlik onu da bildirib ki, cari ilin 8 ayında Antalyaya gələn turist sayı 6,1% azalaraq, 8 milyon 446 min nəfərdən 7 milyon 935 min nəfərə düşüb. 

Bu ilin təkcə avqust ayında bu şəhərə 1 milyon 887 min nəfər turist gəlib, keçən ilin anoloji dövründə isə bu rəqəm 1 milyon 995 min nəfər olmuşdu. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti