• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Antiterror əməliyyatında şəhid olanların ailələrinə ödənişlər verilməsinə başlanılıb

Antiterror əməliyyatında şəhid olanların ailələrinə ödənişlər verilməsinə başlanılıb
20.11.2023 13:10
Qarabağda antiterror əməliyyatı zzamanı şəhid olan hərbçilərin ailə üzvlərinə ödənişlərin verilməsinə başlanılıb. Bu barədə Report Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişova istinadan yazıb. 
 
O bildirib ki, fondun əməkdaşları tərəfindən həmin şəxslərin sənədləri toplanılıb və ödənişlər təyin edilməsinə başlanılıb.  

"Həm şəhid olan hərbi qulluqçuların, həm də DİN əməkdaşlarının ailə üzvlərinə təqaüd ödənişləri tam şəkildə həyata keçirilir. Dövlət icbari şəxsi sığorta ödənişləri isə şəhid ailəsi üzvlərinə demək olar ki, 70-80 faizinə təyin olunub.Çünki bir sıra ailələrdə müvafiq sənədlərin hazırlanması və vərəsəlik işləri müəyyən qədər vaxt alır. Bu sənədlər də fonda təqdim olunduqca digər şəxslərə də icbari şəxsi sığorta ödənişləri təyin olunacaq. pensiya təyinatları üçün isə məlumat vərəqələri aidiyyatı dövlət orqanları tərəfindən göndərilməlidir. Bir qism hərbi qulluqçular barədə məlumat vərəqələri artıq göndərilib, digər qismi ilə bağlı isə hazırlanmaqdadır. Onlar da təqdim olunduqdan sonra ödənişlərin təyinatı həyata keçiriləcək”, - o əlavə edib. 
 
Sentyabrın 19-da Azərbaycanın Qarabağda antiterror əməliyyatından sonra reinteqrasiya ilə bağlı rəsmi sayt yaradılıb. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlər, eləcə də Qarabağa getmək istəynlər həmin saytda qeydiyyatdan keçə bilər. 
 
Sentyabrın 28-də Qarabağın qondarma "rəhbəri" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək separatçı rejimin ləğv olunmasını elan edib. Bildirib ki, Qarabağda qalmaq istəyən vətəndaşlar Azərbaycanın təklif etdiyi reinteqrasiya ilə bağlı təqdim olunan sənədlə tanış ola bilərlər. 

 
Gülnar Nazimqızı 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:57
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol