Antiterror əməliyyatından sonra Azərbaycan 173 nəfərin meyitini Ermənistana verib

10:30 | 14.02.2024
Antiterror əməliyyatından sonra Azərbaycan 173 nəfərin meyitini Ermənistana verib

Antiterror əməliyyatından sonra Azərbaycan 173 nəfərin meyitini Ermənistana verib

Azərbaycan 19-20 sentyabr 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatından sonra isə 173 nəfərin meyiti tapılaraq Ermənistana təhvil verilib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
 
"44 günlük müharibədən sonra 1713 nəfərin, 12-14 sentyabr 2022-ci ildə Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş hərbi münaqişədən sonra 157 nəfərin, 19-20 sentyabr 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatından sonra isə 173 nəfərin meyiti tapılaraq Ermənistana təhvil verilib", - məlumatda qeyd olunub. 
 
Bildirilib ki, Birinci Qarabağ Müharibəsindən sonra Ermənistan Azərbaycana 33 nəfərin saxlanma yerində öldüyünü bildirsə də, meyitləri qaytarmayıb. 
 
"Birinci Qarabağ müharibəsində 3 890 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb və bu ilin yanvar ayının 1-nə olan məlumata əsasən onlardan yalnız 25 nəfərinin qalıqları eyniləşdirilib. Birinci Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlının taleyi Azərbaycan cəmiyyətini ötən müddət ərzində daha ciddi narahat edib. Belə ki, 1998-2001-ci illərdə daxil olmuş məlumatlara əsasən, birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülən həmin 54 Azərbaycan vətəndaşına Ermənistandakı və vaxtilə işğal altında olmuş Azərbaycan ərazilərindəki saxlanma yerlərində BQXK tərəfindən baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olublar. Lakin sonradan onlardan 17 nəfərinin meyiti Azərbaycana təhvil verilmiş, 4 nəfərin sonrakı taleyinə aydınlıq gətirmək mümkün olmayıb, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb", - qurumun açıqlamasında deyilir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti