"MDB ölkələri üçün terror təhlükəsinin səviyyəsi yüksək olaraq qalır".
anews.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, bunun ən kəskin forması beynəlxalq terror təşkilatlarının MDB ölkələrinin vətəndaşlarını əməkdaşlığa cəlb etməsidir: "İnternet məkanı bu gün terror təşkilatlarında aktiv iştiraka çağırışla yanaşı, MDB ölkələri vətəndaşlarının etirazlara cəlb olunmasına, onların radikallaşmasına və müxtəlif növ tapşırıqların icrasına cəlb olunmasına xidmət edir. 2014-2017-ci illərdə sosial şəbəkələrdə ekstremist mahiyyətli materialların sayı 6 dəfədən çox olub.
Antiterror mərkəzinin analizinə əsasən, MDB ölkələrində daxil olunması qadağan edilən internet resurslarının 90 faizi MDB-dən kənarda fəaliyyət göstərir. Mütəxəssislərin fikrincə, distant "cəlbetmə” texnologiyasından istifadə terrorizmin inkişafına xidmət edən əsas amildir".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !