Bu ay “Apple” şirkəti “iPad Air” planşetlərinin növbəti nəsli üçün ekranların kütləvi istehsalına başlayacaq.
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “iPad Air” planşetinin ikinci nəsli nazik korpusa malik olacaq. Ekranın diaqonalı əvvəlki kimi 9,7 düym, təsvir ölçüsü isə 2048x1536 təşkil edəcək. “iPad Air 2” planşeti üçün ekranların kütləvi istehsalını “LG Display”, “Samsung” və “Sharp” şirkətləri təmin edir.
“Air 2” planşetində hər hansı dizayner yeniliyi gözlənilməsə də, şirkət planşetin aparat içliyini təkmilləşdirəcək. 8 meqapiksellik kamera (əvvəlki versiyada 5 MP olub) gözlənilir, bundan başqa zəif işıqlandırma şəraitində yaxşı çəkiliş üçün işığa həssas sensor quraşdırılacaq. Amma, çox güman ki, əsas yenilik yeni “A8” prosessoru olacaq.
Yeni planşetin çıxarılma tarixi haqda dəqiq məlumat yoxdur, amma sentyabr üçün gözlənilir.
ANN.Az