Apple istehsalat qüsuruna görə iPhone 6 Plus-un partiyasını geri çağırır.
Bu barədə CNN məlumat verib.
Oxu.Az xəbər verir ki, qüsur smartfonun kamerasındadır, nəticədə iPhone 6 Plus ilə çəkilən şəkillər dəqiq alınmır. Qüsur əsasən 2014-cü ilin sentyabr ayından 2015-ci ilin yanvar ayına qədər olan müddətdə satılan smartfonlardadır.
Qüsurlu qurğuların sayı dəqiqləşdirilmir. Xüsusi səhifədə qurğunun seriya nömrəsini daxil etməklə onun qüsurlu olub olmadığını öyrənmək mümkündür.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !