Apple irqçilik iddialarına görə şagirdlərdən üzr istədi

20:34 | 12.11.2015
Apple irqçilik iddialarına görə şagirdlərdən üzr istədi

Apple irqçilik iddialarına görə şagirdlərdən üzr istədi

Apple şirkəti Avstraliyadakı dükanlarından birini tərk etmək tələbinə görə, altı məktəblidən üzr istəyib. Şagirdlər hadisəni irqçilik adlandırıb.

Melbourne şəhərindəki ticarət mərkəzində baş vermiş hadisənin görüntüləri çərşənbə axşamı yayılıb və sosial mediada qəzəbə səbəb olub.

Video görüntülərdə işçilərdən biri təhlükəsizlik xidmətinin oğlanların oğurluq edə biləcəyindən narahat olduğunu deyir.

Apple bildirir ki, dükanın meneceri qaradərili oğlanlardan və məktəb direktorundan üzr istəyib.

Videonu lentə almış şagirdlərdən biri, Francis Ose Facebook-da yazib: "Sadəcə olaraq irqçilik – lakin üzr istəməli oldular”.

Digər bir şagird, Mohamed Semra daha sonra Facebook-da yazıb ki, onlar Apple şirkətinin reaksiyasından razıdırlar.

"Onlar üzr istədi, hər şey qaydasındadır, məsələni böyütməyə ehtiyac yoxdur,” o yazıb.

Videoya Facebook-da 62 mindən çox baxılıb və sosial mediada müzakirələrə səbəb olub.

Videoda işçilərdən bir deyir: "Bu uşaqlar... biraz narahatıq ki, siz nəyisə oğurlaya bilərsiz”.

Oğlanlar etiraz edəndə isə, işçi bu cür cavab verir: "Müzakirəyə ehtiyac yoxdur – zəhmət olmasa dükanı tərk edin”.

Videodakı oğlanların hamısı 10-ci sinif şagirdləridir və Maribyrnong College-də təhsil alırlar.//bbc.com/azeri
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM