Ən
innovativ rəqəmsal həlləri müştəriləri üçün əlçatan etməyi hədəfləyən Azercell
bu dəfə mobil ödənişlərin asanlığı təmin edir.
Lider mobil operator "Apple Pay” və "Google Pay”in "Azercell” mobil tətbiqinə
inteqrasiyasını reallaşdırır.
Bu yenilik istifadəçilərə
mobil balanslarını tez, təhlükəsiz və rahat şəkildə artırmağa imkan verir, kart
məlumatlarını manual olaraq daxil etmək ehtiyacını aradan qaldırır.
"Apple Pay” və "Google
Pay”ın "Azercell” mobil tətbiqinə inteqrasiyası ödənişləri biometrik
autentifikasiya və ya xüsusi ödəniş funksiyası vasitəsilə saniyələr ərzində həyata
keçirməyə imkan verir. Eyni zamanda, yeni ödəniş üsulu istifadəçi məlumatlarını
qorumaq və əngəlsiz əməliyyat prosesini təmin etmək üçün qabaqcıl tokenizasiya
texnologiyalarından (istifadəçilərin kart məlumatlarının şifrələnməsi) istifadə
edərək əməliyyat təhlükəsizliyini də
yüksək səviyyədə təmin edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !