Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla Apple yeni bir rekorda imza atıb.
Şirkətdən bildirilib ki, 9 oktyabrdan başlayaraq yeni smartfonlar daha 40 ölkədə satışa başlayacaq.
Rusiyada isə artıq iPhone 6S və 6S+ qiymətləri də açıqlanıb.
Belə ki, daha kiçik ekranlı modelin qiyməti 57 min rubl və ya 870 dollar, böyük ekranlı modelin qiyməti isə 66 min rubl və ya 1007 dollardan satışa təqdim olunacaq.
Qeyd edək ki, şirkət satış rəqəmlərini açıqladıqdan sonra Apple hissələri 0,1% dəyər qazanıb.
Onu da əlavə edək ki, Azərbaycan bazarında yeni smartfonların oktyabrda satışa çıxarılacağı proqnozlaşdırılır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !