"Apple" şirkətindən yenilik

23:59 | 03.12.2014

"Apple" şirkətindən yenilik

Texnologiya nəhəngi olan "Apple" şirkətinin böyük ekranlı "İPad" üzərində çalışdığı bir müddətdir gündəmdədir.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, məlumatına görə, tabletin adının " İPad Air Plus" olacağı bildirilir. Cihaz 12.2- lik ekran ilə yanaşı 7- mm qalınlığa sahib olacaq.

Cihazın nə zaman satışa buraxılacağı və hansı yeni xüsusiyyətləri ilə təqdim olunacağı isə dəqiq açıqlanmırdı. Lakin cihazın 12.2- lik ekrana və 7- mm qalınlığa sahib olacağı bildirilir. "The Wall Street" jurnalında yer alan xəbərə görə isə "İPhone 6" və "İPhone 6 Plus" -a olan istək nəticəsində "İPad Air Plus"un satışa buraxılacağı tarix təxirə salınıb.

"Apple" şirkətinin yeni tableti "İPad Air Plus "-u 2015-ci ilin yaz aylarında satışa buraxılacağı gözlənilir.

ANN.Az
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb