Apple saatlı döymə edilmiş biləklərdə bütün funksiyalarını yerinə yetirə bilmir. Son bir neçə gündür olan şikayətlər Apple Watch-un döyməyə "alergiyası" olduğunu üzə çıxarıb. biləyində xüsusilə tünd rəngli döyməsi olan alıcılar saatın ürək döyüntüsü sensorundan yararlana bilmədiklərini bildiriblər. problemin nə vaxt həll olunacağı bəlli deyil. CNN bildirir ki, Apple sözcüsü bu məsələni şərh etməyib. Apple saatların qiyməti 349 dollarla 17 min dollar arasıdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !