“Apple” yeni dizaynlı “iPhone 16”nı təqdim edib

00:02 | 10.09.2024
“Apple” yeni dizaynlı “iPhone 16”nı təqdim edib

“Apple” yeni dizaynlı “iPhone 16”nı təqdim edib

"Apple” əsas "iPhone 16” və daha böyük ekrana malik "iPhone 16 Plus”u təqdim edib.
 
Təqdimat şirkətin internet saytında yayımlanıb.

Yeni modellərdə əsas yenilik yerini dəyişdirilmiş kamera obyektivinə malik dizayn olub. "iPhone 16”nın displeyi 50 faiz möhkəmlənib və maksimum 2000 nit parlaqlığı var. Əsas model 6,1 düymlük ekrana, "16 Plus” versiyası isə 6,7 düymlük ekrana malikdir. Hər iki modelin kamera funksiyalarını idarə etmək üçün "Capture" düyməsi var.

"iPhone 16”nın "ürəyi” süni intellekt üçün optimallaşdırılmış yeni A18 prosessorudur. O, "iPhone 15”də istifadə edilən "A16” çipindən 40 faiz daha sürətlidir. Smartfonların operativ yaddaşının miqdarı hələ ki açıqlanmayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM