“Apple” yeni “iPad” planşet kompüterlərini təqdim edir

21:31 | 16.10.2014
“Apple” yeni “iPad” planşet kompüterlərini təqdim edir

“Apple” yeni “iPad” planşet kompüterlərini təqdim edir

ABŞ-ın “Apple” korporasiyası Kupertinoda (Kaliforniya ştatı) “iPad” planşet kompüterlərinin növbəti nəslini təqdim edəcək.

 

"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, brendin pərəstişkarları planşetin üçüncü kiçildilmiş versiyasının nümayişinə ümid edirlər.

Bundan başqa, mütəxəssislər “iPad Air” planşetinin ikinci versiyasının nümayişini gözləyirlər. Bir sıra KİV-in məlumatına görə, yeni “iPad” 9,7 düymlük ekran, mini-versiya isə 7,9 düymlük ekranla təchiz olunacaq. “Home” düyməsini “Touch ID” barmaq izləri datçiki ilə təchiz edəcək. “iPad Air” planşetində ekranın parıltı əleyhinə örtüklə təchiz olunacağı gözlənilir.

 

 

Qeyd edək ki, üçüncü hesabat rübündə “iPad”in satış həcmi 9% azalaraq 13,2 milyon təşkil edib.

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM