“Apple” yeni “iPhone” modeli hazırlayır

21:45 | 02.10.2024
“Apple” yeni “iPhone” modeli hazırlayır

“Apple” yeni “iPhone” modeli hazırlayır

Amerikanın "Apple” korporasiyası "Home” düyməsi olmayan, lakin "Apple Intelligence AI” funksiyalarını dəstəkləyəcək yeni "iPhone SE” modelini hazırlayır.Bu barədə "Bloomberg” şirkətdəki mənbələrə istinadən məlumat yayıb.

Yeni cihaz xarici görünüşünə görə "iPhone 14″ə bənzəyəcək və istifadəçinin üzünü tanıya biləcək.

2022-ci ildə buraxılan üçüncü nəsil "iPhone SE” 429 dollara satılıb, lakin rəqiblər eyni pula əhəmiyyətli dərəcədə daha çox funksionallıq təklif edirdilər. "Apple Intelligence” imkanları "iPhone SE”ni köhnə "iPhone 15” və "iPhone 16” ilə eyniləşdirmək üçün nəzərdə tutulub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM