AzVision.az xəbər evrir ki, bu barədə "Haykakan Jamanak” qəzeti yazıb. Nəşrin məlumatına görə, 14 avqust 2017-ci il tarixində keçmiş hərbçi Mikayel Kesoyanın sağlamlıq durumu ilə bağlı verilən iki sənəddə ziddiyyət yaranıb. Bunu məlumatları dəqiqləşdirmək üçün Ermənistan Müdafiə Nazirliyinə sorğu göndərilib.
Məlum olub ki, Mikayel Kesoyan görmə qabiliyətinin zəif olmasına baxmayaraq, orduya çağırılıb. Maraqlıdır, bir ildən çox müddətə xidmət edən Kesoyan hərbi xidmətə yararlı olmadığı əsas gətirilərək ordudan təxris edilib. Hazırda keçmiş hərbçi Müdafiə Nazirliyindən ona təqaüd verilməsini tələb edir.
Araşdırmalara görə, keçmiş hərbi qulluqçu Mikayel Vacik Kesoyan 2015-ci ildə Ermənistanın Müdafiə Nazirliyinə məxsus hərbi hissədə xidmət edib. Daha sonra, o, aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin düşmənin zərbə vurduğu hərbi hissələrdən birində olub. Bu barədə onun hərbi kitabçasında da qeyd edilib.
Aprel müharibəsindən sonra hospitala aparılan Kesoyan 2016-cı ilin noyabr ayında hərbi xidmət üçün yararsız hesab edilərək vaxtından əvvəl təxris olunub.
Ordu üçün yararsız, görmə qabiliyyəti zəif olan şəxsin xidmətə çağırılması, daha sonra aprel döyüşlərində aldığı xəsarətdən xəstəxanaya yerləşdirilməsi və nəticə etibarı ilə ordudan təxris edilməsi Ermənistanın öz hərbi qulluqçularına hansı şəkildə yanaşdığını göstərir.
Nazirlikdən verilən açıqlamalarda hərbçinin ordudan öncə fiziki qüsurlara malik olduğu etiraf edilir. Hərbi biletdə yazılan qeydlər isə Ermənistanın aprel döyüşlərində bu kimi qüsurlu şəxslərin ön cəbhəyə göndərdiyini faktiki olaraq təsdiqləyir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !