Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında
yaradılan qondarma "DQR” rejiminin "operativ müdafiə bölməsinin müdiri”,
polkovnik Viktor Arustamyan "aprel müharibəsi”ndə Azərbaycanın taktiki
döyüş bacarığının erməni hərbi birləşmələrinin məğlub edilməsində böyük
rol oynadığını etiraf edib.
Hurriyyet.org publika.az-a
istinadla xəbər verir ki, V.Arustamyan Daşnaksütyun partiyasının təşkil
etdiyi "rəqibin və bizim hərbi-siyasi taktikası” adlı konfransda
sualları cavablandırıb.
"Yelk” blokunun parlament fraksiyasının rəhbəri Nikol Paşinyan "Niyə "aprel müharibəsi”ndə bizim hərəkətlərimiz rəqibin addımlarına adekvat deyildi” deyə soruşub.
Erməni polkovnik əvvəlcə etiraf edib ki, "aprel müharibəsi”ndə çox səhv ediblər.
"Bizim
kəşfiyyat məlumatlarımızın çoxu yanlış çıxdı. Misal üçün, cəbhə
xəttində iki tankın gəldiyi eşidilir, növbəti gecə tanklar geri qayıdır.
Texnikanın daimi hərəkəti ilə onlar bizi aldatmağı bacardı. Yalnız son
anda gözlənilmədən zirehli texnikanı tətbiq etdilər”, - deyə o, Azərbaycanın hərbi taktikasının güclü olduğunu etiraf edib.
"Aravot” qəzetinin müxbiri Arustamyana "əgər
"aprel müharibəsi”nə qədər azərbaycanlılar hərbi texnikanın hərəkəti
ilə bizi aldadıbsa, bu, "biz nə qədər ayıqıq” sualını yaradır. Heç
olmasa bu gün bu hərəkətlərə hazırıqmı” sualını ünvanlayıb.
Erməni polkovnik cavabında etiraf edib ki, onlar böyük səhvlər etdilər və rəqibin (Azərbaycanın) qarşısında zəifdirlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !