Aprel şəhidi Elvin Mirzəyevin narahat ruhu

10:30 | 07.09.2017
Aprel şəhidi Elvin Mirzəyevin narahat ruhu

Aprel şəhidi Elvin Mirzəyevin narahat ruhu

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. 
 
Elvin Mirzəyevin anası Gülnaz xanım deyir:
 
" Balamın cansız bədənini gördüm. Danışmırdı, dinmirdi. Buz kimi idi. Öpüb-əzizlədim oğlumu başdan-ayağa. Bədəninin bütün əzalarına əl çəkdim. Axı mən onu qucağımda böyütmüşdüm. Bədənindəki bütün nişanələrin yerini bilirəm. Bədənində başqa xəsarəti yox idi. Danışılanlardan bildim ki, vuruşa-vuruşa şəhid olublar. Həmin gecəni 4-ün yarısından sonra 2 saata 5-6 kilometr yol gediblər.
 
Erməninin qarşıdakı mövqeyini yarıb keçiblər. Hava işıqlaşanda onlara N saylı hərbi hissənin də cəsarətli və peşəkar əsgərləri qoşulub. Kişi kimi vuruşublar. Oğlum bronjiletdə olub, güllə yarasını sağ tərəfdən böyründən alıb, 5.45 gülləsi ürəyi tərəfdən çıxıb. Hətta güllə yarası alandan sonra da nə qədər hərəkət edib. Bronjiletinə də ilişib qalan güllərlər var idi. Alınına belə yazılıbmış ki, sən vətəni qoruyub, öləcəksən. Elvinin cansız bədənini götürəndə gördüm ki, sağ ayağında zəif əl izi var. Sən demə tələbə dostu Abdulməcid ona kömək etmək istəyib, əlinin izi qalıb ayağının topuğundan tutduğu yerdə.
 
Bir-birini qoruyaraq, ikisi də haqqın dərgahına qovuşublar. Bilirsiniz nə ilə təsəlli tapıram? Hərbi hissədə müharibədə iştirak edənlər danışırdılar ki, bizim əsgərlər çox şücaətlə vuruşublar. Torpaqlarımızi işğal edən erməniləri qarışqa kimi qırıblar. Ermənilərin meyiti çox olub. Erməni tərəfəi 150 erməni əsgərinin meyitini quyu qazıb oraya töküb, yandırıb. Biz isə sonuncu əsgərimizin nəşini də orada qoymadıq. Dəfn etdik".






















www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM